Bu gün Salyan rayonunun Abad kəndində kənd sakini İslamov Kamran Əlisahib oğluna məxsus tikilidə yanğın baş verib.
Yanğın zamanı iribuynuzlu heyvanlar tələf olub, tövlə və ot bağlamaları yararsız hala düşüb. Hadisə yerinə FHN-in yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub. Alov söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Feysbukdakı “SALYAN IS THE FIRST” səhifəsi xəbər verir ki, hadisə zamanı həmin əraziyə yaxınlıqda öz seçiciləri ilə görüşdə olan Milli Məclisin komitə sədri, 64 saylı seçki dairəsindən YAP namizədi Sadiq Qurbanov yanğın hadisəsini görüb dərhal hadisə yerinə gələrək yanğının söndürülməsində iştirak edib...


Şərhlər
Standart məsələlərdən,sonu irəlicədən bəlli olan iclas və görüşlərdən,eyni gurultulu qurultay cümlələrini eşitməkdən yorulub usanmış ac toplum qeyri-adi bir şey axtarmaq həvəsində olar ki aclığını unutsun az da olsa.Ola bilsin görüşə zorla gətirilmiş seçicilər də görüblər ki yanğın var,qeyri-iradi toplantını buraxıb cumublar yanğın yerinə ki,şəklini çəkib instaqrama qoysunlar.O məqamda “Uşaqlardan üç-dördünü götür,get camaatı bura gətir” əmri də işə yaramaz,çünki deyərlər “Kimi götürüm kərbəlayi,hamı yanğın yerindədi”.Görüşdə tək qalmamaq üçün ən düzgünü o olardı ki,toplumla birlikdə yanğın yerində olasan ki, gələcəkdə hədisvari bir şey də qoşa bilsin enkevede əlbisəli el aşıqlarımız.Məsəla,desinlər ki,elə ki yanğın yerinə deputat təşrif buyurdu,haradansa bir dəstə qaranquş uçub gəldi,hərəsinin dimdiyində də bir damcı su.Boşaltdılar suyu yanğının üstünə və alov söndü.Bu yerdəcə nağıl bitdi,göydən Salyana üç alma düşdü,üçünü də Salyan camaatı qonaqpərvərlik əlaməti olaraq deputata verdi.O da dedi ki bu qızıləhmədi almaları xatirə kimi saxlayacağam.Camaat da dedi ki,ejgahannığdu ee səlləvalla, qızıləhmədi qırmızı olur,bunlar Qubanın ağ almasıdı.Belə.Bu cür.
Əşi yaxşı daaa.Əh!Olmadı daa.Caniklər day lap ağını çıxartdılar ee.Adə Qulaməli,bu qədər də barıt qoyarlar?Bir də görürsən haradasa ağacəkmə kampaniyası keçirilir,çiçi kostyumlu,par-par parıldayan brend ayaqqabılı,şax qalstuklu yekə məmurlar başqalarının yenicə əkdiyi ağaclar ətrafında əllərində lopatka azca əyilərək şəkil çəkdirirlər,amma lopatkanı tutmaq qaydasındanca bəlli olur ki ömründə ilk dəfədir ağappaq əllərinə lopatka dəyib.Bununla belə inanmaq olur ki,ola bilsin həqiqətən də o ağaclardan heç olmasa bircəciyini ora toplaşmış 99 məmur köməkləşib birtəhər əkə biliblər.33 məmur bir çala qazıb,33 məmur ağacı çalaya soxaraq tutub,33 məmur da torpağı çüxura töküb görüntü yaradıblar.Amma deputatın yanğın söndürməyini ilk dəfədir eşidirəm.Çünki yanğını lopatkayla,lomla,külünglə,vedrəylə söndürmürlər axı.Xüsusi təlim görmüş yanğınsöndürmə briqadası gəlir,hərəsi öz işini elə ustalıqla görür ki,kənar adama o briqadada yer olmur.Sadiq müəllim görəsən necə söndürüb?Pojarnı şlanqını tutub yanğına tuşlayıb?Şlanq tutmağa pojarnik tapılmayıb ki?Yoxsa maşının suyu qurtarıbmış,bu da vedrə-vedrə su gətirib töküb yanğının üstünə?Xarici ölkələrdəki akademiklərdən bu fantastik məsələ barədə xoş rəylər gəlib görəsən?Ya Məliyxəə!Ya Mərrix ulduzuuu!Ya göylər,açın qapılarınızı Nuh tufanındakı kimi,su tökülsün göylərdən,yanğını söndürməyə deputat gəlib,yaxşı kitablar yazır.Bazar lövhələri.
Mən heç nə görmədim . Yalnız əmr verməklə?
Azploitika bir az sabununuzu az eləyin .burda deputat od söndürür.