Politoloq Nəsimi Məmmədli 1 sentyabrda Milli Məclisə (MM) keçiriləcək növbədənkənar seçkilərin nticələri ilə bağlı ehtimalllarını açıqlayıb.
“AzPolitika” xəbər verir ki, ekspert “Facebook” hesabındakı paylaşımında VI çağırış MM-in tərkibindən 88 nəfərin (70.4%) yenidən mandat alacağını qeyd edib.
“Digər 37 nəfər (29.6%) yeni şəxsin arasında 7 nəfəri daha öncə də deputat olub. 30 şəxs yeni mandat sahibləridir”, - o, əlavə edib.
N.Məmmədli hesab edir ki, yeni parlamentdə 12 partiya təmsilçilik qazanacaq: “YAP siyahısı üzrə 69 mandat (55.2%) veriləcək. Bunlardan 51 deputat sonuncu MM-də təmsil olunub. YAP-ın 18 yeni deputatının 6-sı daha öncə də deputat olub. Yeni 12 deputat (10%) mandat alacaq. Bitərəflərin mandatı 42 nəfər (33.6%) olacaq. Bunlardan 29-u sonuncu MM-də təmsil olunub. 13-ü isə yenidir. 11 fərqli partiyadan (içərisində müxalifət də olacaq) 14 nəfər (11.2%) mandat əldə edəcək. Öncəki MM-də təmsil olunan 10 partiyanın 9-u mandatını saxlayacaq. Yeni 3 partiyaya mandat veriləcək. MM-də 12 partiyanın mandatı olacaq”.
N.Məmmədlinin sözlərinə görə, yeni mandat alacaq 37 nəfərin 18-i (48.6%) YAP-ın, 6-sı (4.8%) digər 6 partiyanın nümayəndələri olacaq. Onun sözlərinə görə, 13 yeni mandat sahibi isə (35.1%) bitərəflərdir.
“Son anda xüsusi gözlənilməz hallar baş verməsə bu ehtimallar dəyişməyəcək”, - o, əlavə edib.
Politoloq bildirib ki, indiki deputatlar arasında MM-də faydalı olduqlarını düşündüyü və yenidən deputat görmək istədiyi 9 deputat var.
“Yeni namizədlər arasından isə 12 nəfərin deputat olmasını müsbət qarşılayardım. Adları isə açıqlamaq istəmirəm”, - o, qeyd edib.
“AzPolitika.info”

Şərhlər
Tam aşkar seçki Neytrallıqdan başlanır. Eləcə pak seçki, 70 illik imanından dönmüş əski SSRİndan gözlənərmi? Ötən zamanda zəhmətkeş Çin iqtisadiyyatı Yek *təvazökar-nizamlayıcı* dünya Gücü ABŞnı sakitcə ötüb-keçib!
Bizdə keçirilən bütün seçkilər biabırçılıqdır. Zimbabvedə beıə bizdən normal seçki keçiririlər. Bu qədər vəsaiti 1.zavodun qurulmasına xərcləsəydilər daha məntiqli olardı. 1992-ci ildə keçirilən seçkidən sonra Azərbaycanda keçirilən bütün seçkilər saxtadır.
13-ü də üzüyola sözəbaxan partiyalardır
Mandat veriləcəklərin siyahisi hamıya bəlli olandan sonra poitoloqun fərziyyəsi kimə gərəkdir?Seçki formal mahiyyət daşıdğığı artıq bəllidir.görəsən MSK kimləri,hansı xalqı aldatmaq düşünür.Artıq xalqın gözü açıqdır və hət şeyi görür və hiss edir.B seçki yox,biabırçı bir teatrdır.