Həsən Bayramov,
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki
Son iki ildə ölkə Prezidentinin Özbəkistana beşinci səfəri zamanı müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması xarici siyasətdə atdığımız mühüm geosiyasi addım olaraq Mərkəzi Asiya və Xəzər regionlarının vahid geosiyasi məkana çevrilməsinə təkan verməklə, Cənubi Qafqazda iqtisadi münasibətlərin mənzərəsi də tamamilə dəyişəcəkdir.
Bir qədər əvvəl Qarabağımızın cənnət məkanlarından olan Füzulidə görkəmli özbək-türk mütəfəkkiri olan Mirzə Uluqbəy adına məktəbin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə açılışı qardaşlıq münasibətlərimizin rəmzinə çevrilmişdir.
İki ölkə arasında birgə investisiya fondunun kapitalının artırılması da ölkələrarası layihələrin gələcək perspektivindən xəbər verir.
Prezident İlham Əliyevin cari ilin 23 avqust tarixində qardaş ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə toxunduğu kimi, 20 istiqamət üzrə irəli sürülmüş təşəbbüslər əməkdaşlığın müttəfiqlik səviyyəsindən xəbər verir.
Hər iki ölkənin münbit investisiya mühitinə malik olması qarşılıqlı sərmayə qoyuluşunu daha da əlverişli edəcəkdir. Belə ki, ağır sənayeni, avtomobil və yüngül sənayeni, xüsusilə aqrar sahə ilə bağlı pambıqçılıq, ipəkçilik, meyvəçilik, eləcə də turizm-mehmanxana biznesi sahələrini əhatə edəcək qarşılıqlı müttəfiqlik münasibətləri bu layihələrin informasiya təminatına da təkan verəcəkdir.
Ölkələrimiz arasında ən yaxşı siyasi konyukturanın mövcudluğu da ölkələrarası biznes mühitinin şaxələnməsi, birgə investisiya layihələrinin intensivləşməsi baxımından da müstəsna əhəmiyyətli amillərdəndir.
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanmış Azərbaycan-Özbəkistan sənədlərinin əhatə dairəsi də ölkələrarası müttəfiqlik münasibətlərinin əhəmiyyətini bir daha nümayiş etdirir!
- Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilə;
- Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının qərarı;
- Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi anında Turizm Komitəsi arasında 2024-2026-cı illər üzrə turizm sahəsində Fəaliyyət Planı;
- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2024-2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq üzrə Yol xəritəsi;
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi arasında məktəbəqədər və ümümi təhsil sahəsində əməkdaşlıq haqqında protokol;
- Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı;
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə akademiyası ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin yanında Hüquqşünasların İxtisasının Artırılması Mərkəzi arasında əməkdaşlıq haqqında Protokol;
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında H.Sulaymanova adına Respublika Məhkəmə Mərkəzi arasında əməkdaşlıq haqqında Protokol;
- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş;
- Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş;
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublkasının İnvestisiyaar,Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı;
- Azərbaycan Respublikasını Xarici İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı;
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Uzbekneftegaz” SC arasında Əsas Şərtlər Szişi;
- Bakı (Azərbaycan) ilə Daşkənd (Özbəkistan), Beyləqan (Azərbaycan) ilə Şərizəbz (Özbəkistan), Quba (Azərbaycan) ilə Cizak (Özbəkistan) şəhərləri arasında regionlararası əməkdaşlıq haqqında sənədlər.
Göründüyü kimi, Mərkəzi Asiyanın qardaş dövlətləri ilə ikitərəfli münasibətlərə şaxələnməsi, Özbəkistanın nümunəsində yeni-yeni perspektivlərə zəmin olmaqlaTürk Dövlətləri Təşkilatının yeni geosiyasi güc mərkəzinə çevrilməsindən də xəbər verir.


Şərhlər