Menu

Azərbaycanda əhalinin ayda neçə kq ət istehlak etdiyi açıqlanıb

29.08.2024, 12:28
Azərbaycanda əhalinin ayda neçə kq ət istehlak etdiyi açıqlanıb

Ötən il Azərbaycanda bütün növ ət və ət məhsullarının illik istehlakı adambaşına 43.5 kiloqram olub. Bu isə 2022-ci illə müqayisədə 1.4 kiloqram çoxdur.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ölkədə adambaşına 16.9 kq mal əti, 9.2 kq qoyun və keçi əti, 1 kq donuz əti, 16.4 kq quş əti istehlak edilib. Beləliklə, Azərbaycanda ayda adambaşına 2.3 kq mal və qoyun əti, 1.4 kq isə quş əti yeyilib.

Qeyd edək ki, hesabat dövründə 258.8 kq süd və süd məhsulları, 189 ədəd yumurta, 8 kq isə balıq əti istehlak edilib.

Xatırladaq ki, bu dövrdə Azərbaycanda özünü təminetmə səviyyəsi, bütün növ ət və ət məhsulları üzrə 85.3%, süd məhsulları üzrə 84%, yumura üzrə 102.2%, balıq və balıq məhsulları üzrə isə 75.4% olub.

Şərhlər

Vətənaş 2024-08-29 16:41:05

43.5:365=0.12kq. bir günlük alınır.Bu ətlə hansı xörək bişirilir və nə qədər kalori berir ki,insan normal yaşasın.Bir də nəzərə alın ki.buraya mal.qoyun,toyuq ,balıq,ətləri daxildir və ayrl-ayrı bişirilər.Bir də bu hansı stastistikanın nəticəsidir?Belə qidalanma ilə insan tələbatı necə ödənilir?Odur ki,xəstəxanalar.poliklinikalar xəstələrlə dolur.Bəs hakimiyyət buna necə baxır?

dadaşyev 2024-08-29 13:31:41

Yəni guya ayda 3 kilo yarım ət yeyir hər adam.Əlbət yağlı vəzifələrdəki məmurların aylıq yediklərini elə o məmurların sayına bölüb bu orta rəqəmi tapıblar.Rayon və kəndlərdəki milyonlarla işsizin aylıq yediklərini onların sayına bölün görün nə alınır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol