Avqustun 29-na keçən gecə Rusiyanın Ukraynaya növbəti hücumu zamanı “Şahed” PUA-larından biri yenidən Belarus ərazisindəki Yelsk rayonunda görünüb.
“AzPolitika” xəbər verir ki, bu barədə məlumat verən “Belorusskiy qayun” kanalı həmin “Şahed”-in Belarus hərbi təyyarəsi tərəfindən vurulduğunu bildirib: “Beləliklə, bu, Belarus Respublikası Hərbi Hava Qüvvələrinin qırıcısının səmada həqiqi hərbi hədəfi – Rusiyanın “Şahed” PUA-sını məhv etdiyi ilk qeydə alınmış hadisədir”.
“AzPolitika.info”


Şərhlər