Menu

Rusiya FSB-si Krım tatarlarına qarşı - Siyasi məhbusun anası həbs edildi

29.08.2024, 13:16
Rusiya FSB-si Krım tatarlarına qarşı - Siyasi məhbusun anası həbs edildi

Avqustun 29-da səhər saatlarında Rusiya FSB-sinin əməkdaşları Krımda Krım tatar hərəkatının veteranı Zodiye Saliyevanın evinə gələrək, onu həbs ediblər.

“AzPolitika” xəbər verir ki, bu barədə mühacirətdəki Krım tatar xalqı Məclisinin sədri Refat Çubarov məlumat verib.

Onun bildirdiyinə görə, Zodiye Saliyevanı Simferopola, Rusiya FSB-nin qərargahına aparıblar. Çubarov xatırladıb ki, Saliyeva ruslar tərəfindən 16 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Seyran Saliyevin anasıdır. O, əlavə edib ki, Seyran Saliyevin dörd azyaşlı uşağı var.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol