Menu

“Ukrayna “F-16”-larla Rusiya ərazisini vura bilər” - Hollandiya etiraz etmir

29.08.2024, 14:31
“Ukrayna “F-16”-larla Rusiya ərazisini vura bilər” - Hollandiya etiraz etmir

Hollandiya Ukraynaya verdiyi “F-16”-ların Rusiya ərazisində istifadəsinə etiraz etmir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Hollandiya Kral Hərbi Hava Qüvvələrinin generalı Onno Eiçelşeim deyib. 

Onun sözlərinə görə, Ukrayna Rusiya ərazisinə istənilən silahla, o cümlədən ölkəsinin verdiyi “F-16” təyyarələrilə hücum etmək hüquqnq malikdir: “Ukrayna bizim verdiyimiz resurslardan müharibə qanunlarına uyğun olaraq istədiyi kimi istifadə edə bilər”.

Generalın sözlərinə görə, Hollandiya “F-16-nın istifadəsi və uçuş məsafəsi ilə bağlı heç bir məhdudiyyət qoymayıb.

Ümumilikdə bu ölkə Ukraynaya 24 ədəd “F-16” təyyarəsi verməyi vəd edib. Ancaq general onlardan neçəsinin artıq Ukraynada yerləşdirildiyini açıqlamayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol