Ötən gecə Fransanın paytaxtı Parisdə 2024-cü il Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.
"AzPoltika" xəbər verir ki, 2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasimində olduğu kimi, yenə də Azərbaycana qarşı təxribat və hörmətsiz münasibət oldu.
Belə ki, mərasimin yayımı zamanı şərhçilər Azərbaycanı ümumiyyətlə tanıtmayıblar və adını çəkməyiblər.
Sözügedən anlara dair videonu təqdim edirik:
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimində də Azərbaycana qarşı təxribat olmuşdu. Belə ki, bu təxribata “Fransa-2” telekanalının aparıcıları yol verib.
Belə ki, aparıcılar canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı təxribatyönlü çıxışlar ediblər.
“Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib” - deyə, təxribata yol veriblər.

Şərhlər
Rusiya, Azərbaycan və Türkiyə saxtaca erməni adlandırılanların kilsədən *hay* kimi qaçıb, islami Urmiyada 18ci əsrə kimi gizlənmiş anti-katolik *Qrekori*an qruplaşmasının sonrakı yetirmələridir. Dyümadan tutmuş heç birinin 17ci əsrə qədərki (Sirtaki?) anti-katolik *qrek*dən qeyri heç bir tarixi olmamış və aramaq da əsassızdır? Saxta rus-sovet tarixləri heç bir dəxli olmayan Yerin əks tərəfi ABŞnı da hər il silkələyir?
Rəhmətlik Şamil Qurbanov hələ\ 2000-ci ildə demişdi ki, "jak şirak qudurub"...
makaronların o vaxtdan qudurmuşduqlarını bilirdik...
Biz Fransayla bütün əlaqələri kəsməliyik.Səfirimizi də geri çağırmalıyıq.Düşmən ölkədə səfir olmaz.
Cəkməyiblər, getməyin. Baykot edin!