Menu

Kreml Burkina-Fasodakı qüvvələrini də Kurska gətirir - “Medvedi” özəl hərbi şirkəti Rusiyaya qayıdır

30.08.2024, 13:23
Kreml Burkina-Fasodakı qüvvələrini də Kurska gətirir - “Medvedi” özəl hərbi şirkəti Rusiyaya qayıdır

Kreml Ukraynanın Kursk əməliyyatının qarşısını almaq üçün Afrikadakı qüvvələrini cəlb etməyə başlayıb.

“AzPolitika” xəbər verir ki, Fransa mətbuatının yazdığına görə, Afrikanın Burkina-Faso ölkəsində yerləşən “Medvedi” özəl hərbi şirkətinin hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin hücumunu dayandırmaq üçün Kursk bölgəsinə göndəriləcək.

“Le Monde” yazır ki, Rusiya Müdafiə Nazirliyinə bağlı olan bu qruplaşma may ayında Burkina-Fasoya gəlmişdi. Onlar ölkənin paytaxtı Uaqaduquda bir sıra əsas fiqurların təhlükəsizliyini təmin ediblər. O cümlədən də hərbi xuntanın başçısı, kapitan İbrahim Traoreni: “Onların gəlişlərindən cəmi üç ay sonra getmələrinin səbəbi Ukrayna ordusunun avqustun 6-da Kursk vilayətində başlatdığı hücum əməliyyatıdır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol