Menu

Sırskidən qalmaqallı təyinat - Vətənə xəyanətdə şübhəli bilinən şəxsə vəzifə verdi

30.08.2024, 13:31
Sırskidən qalmaqallı təyinat - Vətənə xəyanətdə şübhəli bilinən şəxsə vəzifə verdi

Ukrayna Silahlı Qüvvələri Baş komandanı, general Aleksandr Sırski Roman Qladkini Ukrayna Silahlı Qüvvələrinin yeni yaradılan Pilotsuz Sistem Qüvvələri Komandanlığının qərargah rəisi təyin edib. 

“AzPolitika” xəbər verir ki, Sırskinin bu qərarı Ukraynada birmənalı qarşılanmayıb.

Belə ki, Qladki PUA sistemindən uzaq bir hərbçidir. Ən əsası isə onun Rusiya ilə əlaqələri barədə şübhələr var. Ukrayna Müdafiə Nazirliyinə yaxın “Deep State” layihəsi də bu təyinatın əleyhinədir: “Biz bu prosesdə görürük ki, həmin şəxs vətənə xəyanətdə, casusluqda və korrupsiyada şübhəli bilinir. Doğrudanmı, bütün Ukrayna ordusunda bu vəzifəyə layiq heç kim yox idi? Bəklə onlara heç vaxt dronlarla əlaqəsi olmayan bir şəxs lazımdır?”

Daha bir tanınmış bloqer Sergey Sternenko isə yazıb ki, Qladkinin həyat yoldaşı Rusiya vətəndaşıdır, qızı isə Rusiya bayrağı altında yarışlarda iştirak edib.

O da qeyd edilir ki, hələ 2018-ci ildə o vaxtkı Müdafiə naziri Stepan Poltorak Roman Qladkini korrupsiya və digər şübhəli məqamlarla bağlı Ukrayna Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini vəzifəsindən uzaqlaşdırıb.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol