Təxminən 161 kolonist ötən gün işğal altındakı Qüdsdə polisin himayəsi altında mübarək Əl-Əqsa məscidinin həyətlərinə basqın edib.
Şahidlərin “Wafa” xəbər agentliyinə verdiyi məlumata görə, kolonistlər Əl-Əqsa həyətlərində təxribat xarakterli turlar həyata keçirib və Talmudik ayinləri icra edib.
İsrailin işğalçı qüvvələri (İOF) Köhnə Şəhər və Əl-Əqsa məscidinin qapılarında hərbi prosedurları sərtləşdirib, işğal polisinin birliklərini yaxın ərazilərə yerləşdirib və fələstinli ibadətçilərin girişinə məhdudiyyətlər qoyub.
“Wafa” xəbər verir ki, İsrail hökuməti bir neçə gün əvvəl kolonistlərin Məscidül-Əqsaya hücumlarını "İrs Nazirliyi" vasitəsilə ilə maliyyələşdirməsinə qərar verib və ekstremist "Amihai Eliyahu"nun büdcəsindən bu layihəyə 2 milyon şekel (təxminən 545.000 ABŞ dolları) ayıracaq.
AzPolitika.info


Şərhlər