Menu

Aİ XİN başçılarının iclasında Cənubi Qafqazdakı durum da müzakirə olunub

30.08.2024, 15:34
Aİ XİN başçılarının iclasında Cənubi Qafqazdakı durum da müzakirə olunub

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin avqustun 29-da Brüsseldə keçirilən qeyri-rəsmi iclasında Cənubi Qafqazdakı durum da müzakirə olunub.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Lyublyanada Sloveniyanın xarici və Avropa işləri naziri Tanja Fajon ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, toplantıda, həmçinin Ukrayna, Yaxın Şərq və digər regionlardakı mövcud durum barədə də fikir mübadiləsi aparılıb: “Bir çox məsələdə mövqelərimiz yaxındır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol