“Bakıda bir neçə həftədir davam edən içməli su probleminin səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılmalıdır”.
“AzPolitika” xəbər verr ki, belə bir təkliflə jurnalist Əkbər Həsənov çıxış edib.
“Konstitusiya“ Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə saytımıza açıqlamasında bu təklifi dəstəklədiyini deyib. Onun sözlərinə görə, sözügedən komissiyaya aidiyyatı dövlət qurumları, eləcə də vətəndaş cəmiyyəti və media nümayəndələri də daxil edilməlidir.
Ə.Nuriyev hesab edir ki, dövlət komissiyası hazırda təmir işləri aparıldığı bildirilən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisindən tutmuş, istismarı, amortizasiya xərcləri, baş verən qəzaların səbəbləri barədə hərtərəfli araşdırma aparıb nəticələri barədə ölkə başçısına və ictimaiyyətə məlumat verməlidir.
“Əgər qeyd olunan məqamlar üzrə korrupsiya, mənimsəmə, vəzifədən sui-istifadə etmə, səhlənkarlıq və s. cinayət faktları aşkar olunarsa, tutduğu vəzifədən, ictimai statusundan asılı olmayaraq həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Vurğulayıram ki, kəmərin layihələndirilməsi, tikintisi, istismarı, paytaxta gətirilən suyun istifadəsi və s. məsul olmuş bütün vəzifəli şəxslər, əgər məsuliyyətləri varsa, qanun qarşısında cavab verməlidirlər”, - o qeyd edib.
Əliməmməd Nuriyev hesab edir ki, yayın qızmar günlərində çoxmilyonluq Bakı şəhərində əhalinin susuz qalması dövlətə qarşı ciddi təxribatdır. “Mediada tez-tez 1 milyard manata yaxın dövlət vəsaiti hesabına başa gəlmiş Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisində külli miqdarda korrupsiya yeyintilərinə yol verilməsi barədə araşdırma yazılar dərc edilib. Hesab edirəm ki, kəmərdə tez-tez qəzaların baş verməsi bu məlumatların heç də əsassız olmadığı barədə rəy yaradır. Belə məlum olur ki, məsul qurumlar, onlara rəhbərlik etmiş vəzifəli şəxslər ən azı səhlənkarlıq edərək dövlətin strateji layihəsində ciddi nöqsanlara yol veriblər. Nəticədə yay ayında, paytaxtımızda mühüm beynəlxalq tədbirlərə hazırlıq getdiyi bir dövrdə su problemi yaranır. Hesab edirəm ki, dövlət komissiyası yaradılaraq həm problemin həlli sürətləndirilməli, həm də günahkarların məsuliyyətə cəlb edilməsi ümdə vəzifə olmalıdır”.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Araştirma olmayacaq. Çünki hamiya çatib
Heç ne lazım deyil ,möhteber bir komissiya Oğuz rayonundak quyuların mühafize seviyyesine ve yolların veziyyetine baxıb qiymet vere vere bilse melum olar ki ne qeder vesait göye sovrulub daha deqiq menimsenilib.Baxanda insanın vicdanı ve üreyi ağrıyır vetendaş olaraq.
Eger Dövlet komissiyası yaradılıb ancaq Oğuz rayonu erazisindeki quyularun istismaru,qorunması ve istifadesi veziyyeti mütexessisler terenden yoxlanılıb ölke rehberliyine melumat verilse çox başkar geder.Men heke yolların veziyyetini demirem bu işi düşmen bele bu seviyyede görmez.
Sizlər abcaq nəsə yaratmaq təklif edirsiz ,yaratdığınız İctimai Suraların aqibəti nə oldu ? Üzvlərə bir az pay verirlər ,onlarda sakitcə otururlar .Əgər təxribat ,yeyinti ,suistifadə halları olubsa prokurorluq orqanları niyə araşırmır ? Deməli tikinti zamanı olanlardan hamının xəbəri var .Birdə ki Bakı- Quba yolu ,,havalimanı beton yolu necə dağıldı ,cavab verən oldu ?