Menu

Harvard məzunu PA-da işə qəbul edildi

30.08.2024, 20:35
Harvard məzunu PA-da işə qəbul edildi

Harvard Universiteti hüquq fakültəsinin məzunu Əli Azər oğlu Ələkbərli Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektoruna işə qəbul edilib.

Qeyd edək ki, Əli Ələkbərli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr pilləsini hüquqşünaslıq ixtisası üzrə prezident təqaüdçü kimi fərqlənmə diplomu ilə, 2020-ci ildə respublika birincisi olaraq daxil olduğu Bakı Dövlət Universitetinin magistr pilləsini “Kommersiya hüququ” ixtisası üzrə fərqlənmə diplomu ilə, 2023—2024-cü illərdə isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib.

Əli Ələkbərli 2021-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq” iştisası üzrə doktorantura pilləsinə qəbul olunmuş, Stanford Universiteti və Yale Universiteti tərəfindən təşkil edilən akademik proqramlarda iştirak edib.

Əli Ələkbərli əmək fəaliyyətinə 2019-cu ildə “AZİP Hüquq Firması” MMC-də hüquqşünas kimi başlayıb, 2022-ci ilin avqust ayından 2023-cü ilin iyun ayınadək isə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində aparıcı mütəxəssis kimi fəaliyyət göstərib.

Xatırladaq ki, 2023-cü ildən etibarən Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Harvard Hüquq Məktəbinin məzunu Araz Poladovdur.

Şərhlər

Baba 2024-08-31 09:54:35

Kiminsə nəvəsi qohumu ya yerlisidir. 1000-lərlə savadlı balalarımız xarici ölkələrdə səfil həyatı yaşayırlar. Başlarını götürüb qaçıblar qərib ölkələrdə həyat axtarırlar. Öz vətənimizdə bizim balalara yer yoxdur. Burada yer əsasən bizdən olmayanlara var

Naxim 2024-08-31 02:08:43

Hərbi xidməti harada keçib?

Telman 2024-08-30 18:47:10

Bu il.yəni 2024-də Harvardda sertifikat alan kimi Prezidentf administrasiyasına necə yol tapdı? Bu kimin təklifi ilə baş verib.Əmək təcrübəsi olmayan şəxs necə PA-na işə qəbul edilir?Əgər bu yer boş idisə Azərbaycanda bu sahədə təcrübəli mütəxəssis tapılmırdı ki. bu sahədə iş təcrübəsi olmadan PA-na işə qəbul edilirdi. Azərbaycanda kadr belə seçilir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol