Məhkəmə Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Hrayr Tovmasyanın sentyabrın 2-də keçiriləcək iclasda həbs edilməsinə qərar verib.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, hakim Tatevik Qriqoryan polisə qərarı icra etməyi tapşırıb.
Məhkəmə elan edib ki, Hrayr Tovmasyan yüksək hakim statusuna malik olsa da, hüquqlarından sui-istifadə edərək, məhkəmə prosesini lüzumsuz olaraq gecikdirir.
Hakim belə qənaətə gəlib ki, müttəhim Tovmasyan cinayət prosesində iştirakdan yayınır.
Prokurorluq Tovmasyana 7 il həbs cəzası istəyib. Bu iş üzrə iddia müddəti dekabrda başa çatacaq və yüksək məhkəmənin hakimi təqsirli bilinərsə, vəzifəsini itirəcək.
“AzPolitika.info”


Şərhlər