Menu

Ağ Ev Ukraynaya amerikalı mütəxəssisləri göndərməkdən imtina edib – Rusiyadan ehtiyatlanır...

31.08.2024, 11:24
Ağ Ev Ukraynaya amerikalı mütəxəssisləri göndərməkdən imtina edib – Rusiyadan ehtiyatlanır...

Ağ Ev təhlükəsizlik baxımından Ukraynaya “F-16” qırıcılarının və digər hərbi texnikaların saxlanmasına xidmət etmək üçün amerikalı mütəxəssisləri göndərməkdən imtina edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

ABŞ Milli Təhlükəsizlik Şurası ABŞ texniki işçilərinin Ukraynaya göndərilməsi təklifinə baxıb, lakin bunu çox riskli hesab edib. Şura Rusiyanın Ukraynadakı Amerika podratçılarını hədəfə ala biləcəyindən qorxur ki, bu da münaqişəni gərginləşdirə bilər.

“Əvəzində ABŞ Avropa ölkələrinin “F-16”-nın saxlanması üçün məsuliyyətin “ən çoxunu və bəlkə də hamısını” üzərinə götürəcəyinə ümid edir”, - WSJ həmsöhbətləri bildiriblər.

Eyni zamanda, Birləşmiş Ştatlar gələcəkdə öz mütəxəssislərinin Ukraynaya göndərilməsini istisna etmir.

“İyulun sonunda Ukrayna ona vəd edilən 80 “F-16” döyüş təyyarəsindən altısını aldı - lakin mülki texniklər olmadan onları işlək vəziyyətdə saxlamaq çətin olacaq”, - WSJ yazıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol