Menu

Ukrayna Rusiyanın hansı obyektləri vuracağını müəyyən edib – Nazir siyahını ABŞ-yə ötürdü

01.09.2024, 13:04
Ukrayna Rusiyanın hansı obyektləri vuracağını müəyyən edib – Nazir siyahını ABŞ-yə ötürdü

Ukraynanın müdafiə naziri Rustem Umerov KİV-in daha əvvəl yayılan məlumatlarını təsdiqləyib. Bəyan edib ki, o, Vaşinqtona səfəri zamanı Kiyevin Qərb istehsalı olan uzaqmənzilli raketlərlə, o cümlədən ATACMS-larla Rusiya ərazisinin dərinliklərində vurmaq istədiyi hədəflərin siyahısını ABŞ administrasiyasının yüksək səviyyəli nümayəndələrinə verib.

“AzPolitika” xatırladır ki, avqustun 26-da “Politico” bu bardə xəbər yaymışdı. Qeyd olunurdu ki, Vaşinqtona səfəri zamanı Umerov və Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Ermak Rusiyaya zərbələr endirmək üçün potensial hədəflərin siyahısını Amerika tərəfinə təhvil verəcəklər. Ukraynaya verdiyi silahlardan Rusiyanın sərhədyanı ərazilərində istifadə etməsinə icazə verən ABŞ hələ də uzaq mənzilli silahlarla zərbələr endirmək üçün analoji icazə vermir. Ukrayna təkid edir ki, bu cür zərbələr Rusiyanın uzaqmənzilli silahlar və hava gücündə üstünlüyünü azaltmaq inkar üçün lazımdır.

Bir gün əvvəl Vaşinqtonda ABŞ müdafiə naziri Lloyd Austin ilə görüşən Umerov CNN-ə müsahibəsində Amerika rəsmiləri ilə təmaslarda məhdudiyyətlərin aradan qaldırılmasının müzakirə edildiyini və bu kontekstdə potensial hədəflər siyahısının təhvil verildiyini bildirib.

"Vətəndaşları Rusiya terrorundan qorumaq üçün hansı vasitələrə ehtiyacımız olduğunu izah etdik və ümid edirəm ki, bizi dinlədilər”, - Umerov bildirib. O, xüsusilə hərbi aerodromları vurmaq istədiklərini qeyd edib.

Pentaqonun sözçüsü general-mayor Patrik Rayder avqustun 27-də keçirdiyi mətbuat konfransında bildirib ki, ukraynalılar Rusiyaya “cavab atəşi” ilə cavab verə bilərlər. 

“Ancaq Rusiya ərazisinin dərinliklərinə endirilən uzaqmənzilli zərbələrə gəlincə, bizim siyasətimiz dəyişməyib”, - Rayder bildirib.

“Politico” yazıb ki, Ağ Ev Rusiyaya qarşı uzaq məsafəli zərbələrə icazə verilməsinin Kremli daha da aqressiv hərəkətlərə təhrik edə biləcəyindən narahatdır. Moskva belə bir qətnaməni eskalasiya kimi

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol