Menu

Kamçatkada helikopter qəzasında ölənlərin hamısının meyiti tapılıb

02.09.2024, 09:35
Kamçatkada helikopter qəzasında ölənlərin hamısının meyiti tapılıb

Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan “Mi-8” helikopterində həlak olanların hamısının meyiti tapılıb.

"Report" xəbər verir ki, bu barədə Kamçatka diyarının fövqəladə hallar naziri Sergey Lebedev "VKontakte" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Ölənlərin meyitləri aşkar edilərək məhkəmə-tibbi ekspertiza orqanlarına təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı başa çatıb”, - paylaşımda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol