Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Açıqlamada seçki dairələri üzrə lider namizədlərin adları da yer alıb.
"AzPolitika" xəbər verir ki, deputat mandatı alan ən gənc namizəd Mahir Süleymanlıdır.
O, 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən mandat qazanıb. M. Süleymanlı 28 fevral 1995-ci ildə anadan olub.
84 yaşlı Ziyad Səmədzadə isə VII çağırışın ən qocaman deputatı olacaq. 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadə Ali Sovetin də deputatı olub.
Qeyd edək ki, yeni parlamentdə yaşı 35-dən az olan 5 deputat olacaq.
-56 saylı Şabran-Xaçmaz seçki dairəsi – Mahir Süleymanlı 28 fevral 1995-ci ildə anadan olub;
-11 saylı Binəqədi-Qaradağ seçki dairəsi - Səbinə Xasayeva 1993-cü il martın 30-da Bakı şəhərində doğulub;
-123 saylı Kəlbəcər seçki dairəsi - Mircəlil Qasımlı 1992-ci il təvəllüdlüdür;
-35 saylı Xətai üçüncü seçki dairəsi - Pərvanə Vəliyeva 1990-cı il təvəllüdlüdür;
-68 saylı Sabirabad-Şirvan seçki dairəsi - Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub.


Şərhlər