Menu

İlqar Məmmədov dördüncü oldu - REAL sədri şikayət edəcək

02.09.2024, 14:34
İlqar Məmmədov dördüncü oldu - REAL sədri şikayət edəcək

1 sentyabrda keçirlən növbədənkənar parlament seçkilərində 22 Saylı Nəsimi-Yasamal seçki dairəsi iki partiya sədrinin seçki yarışına qatıldığı yeganə dairə kimi yadda qalıb.

“AzPolitika” xatırladır ki, sözügedən dairədə Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə və REAL Partiyasının sədri İlqar Məmmədov mübarizə aparıb.

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Asim Mollazadə 8 mindən artıq səs toplayaraq lider namizəddir. Onun əsas rəqibi İlqar Məmmədov isə dördüncü yerlə kifayətlənib. Rəsmi nəticələrə görə, ikinci yeri bitərəf Xaliq Hüseynov tutub. O, 3024 səs alıb. Üçüncü yeri isə Cahandar İsmayılov (Bayoğlu) tutub. İlqar Məmmədovun adı isə 933 səslə dördüncü sırada gəlir.

Qeyd edək ki, məlumatlar MSK-nın rəsmi məlumatlarından götürülüb. REAL sədri İlqar Məmmədov isə nəticələrdən narazıdır və şikayət verəcəyini açıqlayıb.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol