“Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.
“Report” xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.
Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.
Hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.


Şərhlər
Nəyə görə hər dəfə 28 May yatağında yanğın hadisəsi baş verir , bunu haqda fikirləşən olub , çünki orada özbaşnalıqdı o bunun bu onun adamıdı deyə heçkim heçkimdən iş tələb edə bilmir rəhbər işçilər dəyişməlidi