Menu

Ukrayna daha bir Rusiya aerodromuna hücum edib

03.09.2024, 10:02
Ukrayna daha bir Rusiya aerodromuna hücum edib

Dünən axşam saatlarında Ukrayna PUA-ları Rusiyanın Tver şəhəri yaxınlığında yerləşən hərbi aerodroma hücum edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Rusiya “teleqram” kanalları havadakı PUA-lara atəş açılmasına dair görüntülər yayıblar. Lakin bu hücumun nəticələri barədə məlumat verilmir.

Qeyd olunur ki, söhbət Tver yaxınlığında yerləşən Miqalovo hərbi aerodromundan gedir. Lakin Tverin rəsmi orqanları hələlik bu hücumu şərh etmirlər.

Bundan öncə, sentyabrın 1-də Tver vilayəti administrasiyası Ukrayna PUA-larının Konakovo şəhərindəki su elektrik stansiyasına hücumları barədə məlumat verib. Elektrik stansiyasında yanğın başlayıb. Daha sonra yanğının söndürüldüyü barədə məlumat yayılıb.

Bundan başqa, Rusiya “teleqram” kanalları ötən gecə Rusiyanın Tula, Bryansk və Oryol daxil olmaqla bir sıra digər regionlarının səmasında Ukrayna PUA-larının göründüyünü yazırlar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol