Menu

"Napoli"nin hücumçusu "Qalatasaray"a keçib - 100 milyon avro qiyməti var

03.09.2024, 11:52
"Napoli"nin hücumçusu "Qalatasaray"a keçib - 100 milyon avro qiyməti var

Türkiyənin ən nüfuzlu və titullu klubu "Qalatasaray" "Napoli"nin əsas mərkəz hücumçusu Viktor Osimheni transfer edib.

"AzPolitika"  xəbər verir ki, nigeriyalı futbolçu ötən axşam İstanbula gəlib.

"Qalatasaray" klubundan verilən rəsmi açıqlamaya görə, 1 illik icarəyə götürülən Osimhen bu müddət ərzində "sarı-qırmızılı"ların şərəfini qoruyacaq. Müqavilənin maliyyə tərəfləri açıqlanmasa da, "Qalatasaray"ın 1 il ərzində Osimhenə 9-10 milyon avro civarında maaş verəcəyi gözlənilir.

Qeyd edək ki, Osimhen peşəkar karyerasına 2017-ci ildə Almaniyanın "Volfsburq" klubunda başlayıb. 2018-2019-cu illərdə Belçikanın "Şarleru" klubunda çıxış edib. 2019-cu ildə Fransanın "Lill" klubu onu 22,4 milyon avroya heyətinə qatıb. 2020-ci ildə isə "Napoli" afrikalı futbolçunu 77,5 milyon avroya transfer edib. Hazırda "Transfermarkt"dakı dəyir 100 milyon avrodur.

Peşəkar karyerası ərzində Osimhen 227 rəsmi oyuna çıxıb, 114 qol vurub və 28 məhsuldar ötürmə edib. O, 2022/23 mövsümündə "Napoli"nin heyətində İtaliya çempionu olub. Həmin mövsüm A Seriyasında 32 oyuna çıxıb, 26 qol vurub və 5 məhsuldar ötürmə edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol