Menu

Rusiya Poltavada ali məktəbi vurdu - Ölən və yaralananlar artdı + VİDEO(Yenilənib)

03.09.2024, 18:27
Rusiya Poltavada ali məktəbi vurdu - Ölən və yaralananlar artdı + VİDEO(Yenilənib)

Rusiyanın Poltavaya endirdiyi zərbə nəticəsində ölənlərin sayı 47-yə yüksəlib, 206 nəfər isə yaralanıb.

Bu barədə Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya bildirib.

Bu arada, Ukrayna Hərbi Hava Qüvvələri xüsusilə Poltavaya son hücumdan sonra Rusiyanın ballistik raketlərinin cəbhə bölgələri üçün yüksək təhlükə olduğunu xatırladıb.

***

Rusiya bu gün Ukarynanın Poltava şəhərindəki təhsil ocaqlarından birinə iki raket zərbəsi endirib.

“AzPolitika” xəbər verir ki, Ukaryna mətbuatının yazdığına görə, Rabitə İnstitutunun vurulması nəticəsində çoxlu sayda ölən və yaralananlar var. Ukrayna Müdafiə Nazirliyinin məlumatıan görə, insanlar həyəcan siqnalından sonra sığınacaqlara düşməyə macal tapmayıblar. Bu səbəbdən ölənlərin sayı çoxdur.

İlkin məlumatlara görə, hələlik 25 nəfəri dağıntılar altından çıxarmaq mümkün olub.

Prezident Volodimir Zelenski öz sosial şəbəkə səhifəsində 180-dən artıq mülki şəxsin yaralandığı, azı 41 nəfərin həlak olduğu barədə məlumat paylaşıb.

“AzPolitika.info” 


Şərhlər

RR 2024-09-03 21:19:40

Allah belasin verecek bu sherefsizderin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol