İşğalçı İsrail hökumətinin rəhbəri Benyamin Netanyahu Böyük Britaniyanın bəzi silahların satışını dayandırmaqla bağlı qərarından narazı qalıb.
“AzPolitika” xəbər verir ki, Qəzzada qətliamlar törətməkdən çəkinməyən, körpələri belə qətlə yetirilməsini utanmadan dəstəkləyən Netanyahu sözügedən qərarı “utancverici” adlandırıb.
“Britaniyanın yanlış qərarı HƏMAS-ı cəsarətləndirməkdən başqa heç bir işə yaramayacaq. Qəzzadakı əməliyyatlarda beynəlxalq hüquqa tam əməl edilir”,-deyə o, iddia edib.
Qeyd edək ki, Britaniyanın xarici işlər naziri David Lammi İsrailə verilən 30-a yaxın silahın lisenziyasının məhdudlaşıdırılacağını bildirmişdi.
“AzPolitika.info”


Şərhlər