Yerli mediada gedən “Xəcicə İsmayılı dostlarından biri istintaqda satıb”, iddiasına reaksiya var.
Belə ki, X. İsmayılın yaxın rəfiqəsi Aynur İmranova bu mövzuya Facebookda reaksiya verib:
“Bu gün qəzetlər xəbər yayıb ki, Xədicənin dostlarından biri ona qarşı ifadə verib. Belə görürəm ki, hakimiyyət mövzudan yayınmaq üçün qara “pr”-ı genişləndirib, iç savaş yaratmaq istəyir. Bu işdə ifadə verən dostlarından biri olaraq bəyan edirəm ki, mənim ifadəmlə vəkilim də, şəxsən Xədicə İsmayıl da tanışdır. Bir daha təkrar edirəm, nöqtə vergülünə qədər. Xədicənin bütün dostlarından da ricam bu məsələyə mövqe bildirsinlər. Bu xəbəri tirajlayan özünü "tərəfsiz" adlandıran mətbu orqanlarına da üzümü tutub deyirəm ki, bir statusdan xəbər düzəldəndə qarşı tərəf kimi bir necə nəfərin də fikrin vermək olardı, əgər qərəzli deyillərsə”.


Şərhlər