Menu

Finlandiya NATO-nun nüvə çəkindirməsi təlimlərində iştirak edə bilər

05.09.2024, 01:01
Finlandiya NATO-nun nüvə çəkindirməsi təlimlərində iştirak edə bilər

Finlandiya Hərbi Hava Qüvvələrinin qırıcıları ilk dəfə NATO-nun illik nüvə çəkindirməsi üçün “Steadfast Noon” təlimində iştirak edə bilər.

“Report” xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.

Qeyd olunub ki, təlimlər oktyabrın 14-dən 24-dək Böyük Britaniya, Danimarka və Niderlandın hava məkanında keçiriləcək.

Finlandiya prezidentinin ofisi və Müdafiə Nazirliyi bu ehtimalı şərh etməyiblər. NATO manevrlərdə iştirak edənlərin siyahısını daha sonra açıqlayacağını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol