Menu

Ukraynada daha bir azərbaycanlı həlak oldu

05.09.2024, 17:23
Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukrayna-Rusiya müharibəsində daha bir azərbaycanlı həlak olub.

"AzPolitika" "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşən Emil Ağabəyov ölüb.

Bildirilib ki, Emil müharibənin ilk günlərindən könüllü şəkildə döyüşlərə qoşulub. O, dünən Xarkov istiqamətində gedən döyüşlərdə həlak olub.

E.Ağabəyovun 2 övladı yadigar qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol