Menu

Bakıda fantastik qiymətə alça - FOTO

09.12.2014, 15:44
Bakıda fantastik qiymətə alça - FOTO

Nə qədər qəribə səslənsə də mağazada iki dənə alça 20 qəpiyə satılıb

Paytaxt mağazalarından birində maraqlı bir hal baş verib.

ANS PRESS-in məlumatına görə, meyvə-tərəvəz satılan mağazalardan birində alça dənə ilə satılıb. Nə qədər qəribə səslənsə də mağazada iki dənə alça 20 qəpiyə satılıb.

Yay aylarında bir stəkanı 20-30 qəpik olan alçanın qış aylarında dənə-dənə satılması insanlar arasında çaşqınlığa səbəb olub.

Hazırda alçanın 1 kq-ı 20 manata satılır. Bəzi mağzalarda hətta bu qiymət daha da yüksək olur. Foto bu günün Facebook-da ən çox müzakirə olunan mövzusu olub

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol