“Hizbullah” döyüşçüləri İsrail ordusunun 300-cü ərazi briqadasının qərargahına və səhra düşərgəsinə zərbələr endirmək üçün kamikadze dronlardan istifadə edib.
APA xəbər verir ki, bu barədə təşkilatın “Telegram” kanalında yerləşdirilmiş bəyanatında deyilir.
Ətraflı Ads by 4 Reklamınızı SmartBee ilə effektiv edin. “Cümə axşamı günü İslam müqavimətinə aid pilotsuz təyyarələr Qərbi Qalileyanın Yaara qəsəbəsinin cənubunda yerləşən 300-cü Ərazi Briqadasının qərargahına və səhra düşərgəsinə hücum edib. Nəticədə düşmən qoşunları canlı qüvvə və texnika itkisinə məruz qalıb”, - deyə bəyanatda deyilir.
Bəyanatda həmçinin hücumun İsrail hərbi hava qüvvələrinin, “Hizbullah” döyüşçülərindən birinin öldürüldüyü, bir neçəsinin isə yaralandığı Kafra kəndini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir.


Şərhlər
Təbiətən və rəsmən RF Dövləti Azərbaycanımızın ən geniş-Böyük, İran yaxın qonşu-Orta, Türkiyə aralı düşmüş-doğma qardaşlarıdır! İran, İrak müharibəsindən *uzaq* İsraelə qədər *adekvat-ədalətli* Hərbi zərbə reydləri keçirir!? Həmin cəhhdlərin heç bir Siyasi-Hüquqi nəticəsi gözlənmədiyi kimi heç həlledici təsiri də olmayacaq? Sadəcə, İran dövləti və xalqı lüzumsuz xərrclərə düşməklə, qınaq da edilir?