Menu

Britaniya Ukraynaya yüzlərlə raket göndərir - Hava hücumundan müdafdiə üçün

06.09.2024, 11:51
Britaniya Ukraynaya yüzlərlə raket göndərir - Hava hücumundan müdafdiə üçün

Böyük Britaniya hava hücumundan müdafiəni dəstəkləmək üçün Ukraynaya 650 çoxməqsədli “Martlet” raketləri göndərəcək.

“AzPolitika” xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatına görə, ilk partiya 2024-cü ilin sonuna qədər təhvil verilməlidir: “Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləmək üçün 162 milyon funt sterlinqlik müqavilə çərçivəsində 650 LMM raketi göndərəcək”.

Qeyd olunur ki, Kiyev üçün “Martlet”-lərdən ibarət yardım paketi sentyabrın 6-da Ramştaynda Böyük Britaniyanın Müdafiə naziri Con Haley tərəfindən rəsmən elan ediləcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol