Bu il təhlükəsizlik xidmətləri İran hökumətinin təşkilatçılığı ilə Avropada yəhudiləri, israilliləri və İsraillə əlaqəli şəxslərin biznes fəaliyyətlərini hədəfə alan bir sıra terror aktlarının qarşısını alıblar.
"AzPolitika" xəbər verir ki, bu barədə Almaniyanın “Der Speigel” nəşri məlumat yayıb.
Məlumata görə, Tehran Almaniyadakı yəhudi və İsrail hədəflərini izləmək üçün cinayət şəbəkələri bu işə cəlb edib. Eyni zamanda, 2023-cü ilin sonunda Fransanın cənubunda İsrail şirkətlərini yandırmaq üçün silsilə hücumlar planlaşdırılıb.
Bundan əlavə, qeyd olunub ki, qrup üzvlərindən biri Fransada israilli müştəriləri təmsil edən vəkili izləyib. Daha sonra həmin şəxsin həbs edildiyi bildirilib.
"AzPolitika.info"


Şərhlər