ABŞ Prezidenti Co Bayden bu gün, sentyabrın 6-da Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq. Söhbət 250 milyon dollarlıq silahlardan gedir.
“AzPolitika” xəbər verir ki, bunu Ramşteyn görüşündən əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
“Bu gün Prezident Baydenin Ukraynaya əlavə 250 milyon dollarlıq yardım paketi elan edəcəyini məmuniyyətlə elan edirəm. Bu, Ukraynanın artan ehtiyaclarını ödəmək imkanlarını artıracaq”, - Ostin bildirib.
Xatırladaq ki, bu gün “Ramstein” formatında yeni görüş keçirilir. Bu, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 24-cü iclasıdır.
“AzPolitika.info”


Şərhlər