Menu

Naxçıvanda 9 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

06.09.2024, 21:48
Naxçıvanda 9 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

Naxçıvanda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, bu gün Babək rayon Zeynəddin kəndində 2015-ci il təvəllüdlü H. T-nı yaşadığı evində elektrik cərəyanı vurub və o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol