Menu

"Müharibəni 3 aya bitirə bilərəm" - Zelenski

07.09.2024, 13:52
"Müharibəni 3 aya bitirə bilərəm" - Zelenski

Qərb uzaqmənzilli silahları Rusiya daxilində istifadə etməyə icazə verərsə, müharibə 3 aya bitəcək.

"AzPolitika" xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib.

ABŞ-ninn 250 milyon dollarlıq əlavə hərbi yardım paketini açıqladığı sammitdə Qərbdən Ukraynaya daha qəti dəstək addımları tələb edən Zelenski, tələb etdiyi silahların və lazımi icazələrin veriləcəyi təqdirdə müharibənin qış aylarına qədər bitəcəyini iddia edib.

Qərbdən təkcə yeni hava hücumundan müdafiə silahları deyil, həm də yeni uzaqmənzilli raketlər tələb edən Ukrayna lideri Almaniyadan 500 km mənzilli "Taurus", ABŞ-dən isə 1000 km mənzilli "JASSM" qanadlı raketləri istəyib.

"AzPolitika.info"

Şərhlər

Cəmşid Dərələyəzli 2024-09-07 19:55:36

Zelenski bu çıxışları ilə hələ də sanki səhnədə artislik edir. Hələ də siyasəti göbək oynatma başa düşür. Demək bu zad siyasət də hələ də piyadadır. Sanır ki, Qərb özünü bu şoomenə görə zibilə salmalıdır. Sanır ki, uzaq mənzilli raketləri Rusiyanın içərilərinə atanda Rusiya sakitcə duracaq. Təssüf ki, ukraynalılar Zelenski kimi adamın seçimi ilə özlərini və ölkələrini bu qədər məhrumiyyetlere sürüklediler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol