Menu

Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb

07.09.2024, 21:46
Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

"Report"un məlumatına görə, idmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə bürünc mükafata sahib çıxıb.

O, finişə 58.13 saniyəyə çatıb.

Qeyd edək ki, Saley daha əvvəl bu turnirdə gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək) mükafat əldə etmişdi. Paris-2024 sentyabrın 8-də başa çatacaq.

Şərhlər

SƏMƏD 2024-09-08 00:31:08

RAMAN SALEY NƏ ZAMANDAN AZƏRBATCAN ÜZGÜÇÜSÜ OLUB Kİ,AZƏRBAYCAN ÜZGÜÇÜSÜ ADLANIR.BƏS ONUN MƏŞQÇİSİ KİM OLUB?LEGİONER NƏ ZAMANDAN AZƏRBAYCANLI OLDU?NİYƏ ÖZÜNÜZ ÖZÜMÜZÜ AIDADIRIQ.BUNUN MƏNASI NƏDİR? YALANLA İRƏLİ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol