İran Prezidenti Məsud Pezeşkian ölkə hakimiyyətinin paytaxtı daha cənuba köçürmək niyyətini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Pezeşkianın sözlərinə görə, iqtisadi səbəblərdən Tehranın respublikanın əsas şəhəri kimi qalması artıq mümkün deyil.
Prezident aydınlaşdırıb ki, yeni paytaxtın Fars körfəzi sahillərinə yaxın yerləşməsi daha düzgün olar.
Qeyd edək ki, indiki paytaxt İranın şimalında, Elbrus dağ silsiləsinin ətəyində, Xəzər dənizi sahilindən 90 km cənubda yerləşir. Tehran 1786-cı ildə ölkənin əsas şəhəri olub.


Şərhlər
Paytaxt ozü de Tehran kimi şeheri kabab, ya çilov kaba yemek deyil buna milliardlarla vesait ve bir neçe neslin ömrü qeder vaxt lazımdur.Prezident meseleye hekim kimi yanaşır.