Menu

Tramp, yoxsa Harris? - Son anket nəticələri açıqlandı

09.09.2024, 10:59
Tramp, yoxsa Harris? - Son anket nəticələri açıqlandı

Noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərində iştirak edəcək iki əsas rəqib - Respublikaçılar Partiyasının namizədi Donald Tramp və Demokratlar Partiyasının namizədi Kamala Harris arasında mübarizə getdikcə qızışır.

"AzPolitika" xəbər verir ki, "New York Times" və Siena Kollecinin prezident seçkiləri ilə bağlı keçirdiyi son sorğunun nəticələrinə görə, namizədlər arasında başa-baş bir mübarizə var.

Qeyd edək ki, son sorğuda Donald Tramp 48% -lə, 47% səs toplayan Kamala Harrisi 1 xal qabaqlayıb. Sorğuda iştirak edən seçicilərin demək olar ki, 30 faizi Harrisin siyasi mövqeyi haqqında kifayət qədər məlumatlı olmadığını deyir. Bu arada, əksər seçicilər Trampın siyasi baxışlarının böyük ölçüdə aydın olduğunu düşünür.

Digər tərəfdən, ABŞ-də keçirilən sorğuların ortalamasına görə, Harris 49% səslə Trampı 2 xal qabaqlayır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol