İranın İrəvandakı səfiri Mehdi Sobhani növbəti dəfə ermənipərəst açıqlamalar verib. Özündə fars rejimindəki erməni sevgisinin ən ifrat təzahürlərini daşıyan səfir Sobhani erməniləri yenə arxayın salıb ki, İran “sərhədlərin dəyişdirilməsinə”, yəni, Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək. Baxmayaraq ki, əslində, Zəngəzur dəhlizi sərhəd dəyişikliyini nəzərdə tutmur…
“AzPolitika” xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşən səfir “İran İslam Respublikasının beynəlxalq sərhədlərin toxunulmazlığı, istənilən geosiyasi dəyişikliyə qarşı çıxması və qonşularının ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyini dəyişmədiyini” vurğulayıb.
Məlumata görə, Qriqoryan bundan çox razı qalıb və İranın mövqeyinə görə ona təşəkkür edib. O, qeyd edib ki, “Ermənistan İran İslam Respublikası ilə əlaqələrə xüsusi önəm verir və heç bir qüvvə İran və Ermənistan arasındakı ərazi əlaqəsini poza bilməz”.
Göründüyü kimi, hər iki tərəf uydurma narrativlərdən çıxış edərək, Zəngzəur dəhlizinin açılmasını guya regionda sərhədlərin dəyişdirilməsi və İranla Ermənistan arasındakı ərazi əlaqəsinə təhlükə kimi qələmə verirlər. Bu, bir daha, bir tərəfdən Ermənistanın 44 günlük müharibədən və 2023-cü ildəki əməliyyatdan lazımi nəticə çıxarmadığını, digər tərəfdən isə İrandakı fars rejiminin Azərbaycana qarşı riyakar düşmənçilik mövqeyini ortaya qoyur.
“AzPolitika.info”


Şərhlər