Menu

Ukraynadakı rus hərbi əsirlərinə qadağa – Evə zəng hüququndan məhrum edildilər

09.09.2024, 13:05
Ukraynadakı rus hərbi əsirlərinə qadağa – Evə zəng hüququndan məhrum edildilər

Ukrayna ərazisindəki Rusiya hərbi əsirləri artıq evlərinə telefon edə bilməyəcəklər.

“AzPolitika” xəbər verir ki, bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Komissarı Dmitri Lubinets Ukrayna Milli Telemarafonunda danışıb.

Lubinets bu qərarın səbəbini Rusiyada əsir saxlanılan ukraynalı əsgərlərlə pis rəftar hallarının artması ilə əlaqələndirib. Ombudsman vurğulayıb ki, hərbi əsirlərlə rəftarla bağlı Cenevrə Konvensiyasının tələb etdiyi kimi, rusların hələ də evlərinə məktub yazmaq imkanı var.

Bundan əvvəl Ukrayna Nazirlər Kabineti əsir düşmüş ukraynalıların qohumları tərəfindən yaradılan və lazımi səs toplayan petisiyanı rədd edərək, Rusiya hərbi əsirlərinin vətənə qayıtmasının qadağan edilməsini tələb edib. Çünki Rusiya ukraynalı əsirlərə belə bir hüquq vermir.

Ukraynanın Baş naziri Denis Şmıqal rusların təslim olmaqdan qorxmaması üçün telefon danışıqlarını vacib hesab etdiyini bildirib.

İyun ayında Rusiya Prezidenti Vladimir Putin Ukraynada əsirlikdə 1348 rus, Rusiyada isə 6465 ukraynalı olduğunu iddia edib.

Avqust ayında Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisinə hücumu nəticəsində yüzlərlə rus əsgəri, əsasən də çağırışçılar Ukrayna ordusuna əsir düşüb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol