Menu

Donald Tramp, yoxsa Kamala Harris? - Keçmiş ABŞ lideri kimi dəstəkləyəcək?

09.09.2024, 13:08
Donald Tramp, yoxsa Kamala Harris? - Keçmiş ABŞ lideri kimi dəstəkləyəcək?

ABŞ-nin 43-cü prezidenti Corc Buş noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərində heç bir namizədi dəstəkləməyəcəyi bildirilib.

"NBC News"-un məlumatına görə, Buşun ofisi bəyanat yayaraq bildirib ki, nə o, nə də keçmiş birinci xanım Laura Buş heç bir namizədi dəstəkləməyəcək.

Qeyd edək ki, Buş 2016-cı ildə Hillari Klinton üzərində qələbə qazandıqdan sonra Trampın andiçmə mərasimində iştirak etsə də, onun çıxışını “qəribə cəfəngiyyat” adlandırıb.

Buş həmçinin 2020-ci ildəki prezident seçkilərində də Co Bayden və ya Trampı dəstəkləməkdən imtina edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol