Menu

BAŞINA SİLAH DAYAYIB 30 MİLYON İSTƏDİLƏR - Bakıda gecə baş verən silahlı insidentin DETALLARI + VİDEO

10.09.2024, 12:27
BAŞINA SİLAH DAYAYIB 30 MİLYON İSTƏDİLƏR - Bakıda gecə baş verən silahlı insidentin DETALLARI + VİDEO

Xəbər verildiyi kimi, sentyabrın 9-u axşam saatlarında Binəqədi rayonu Abay Kunanbayov küçəsində evə silahlı basqın olub. Polis əməkdaşları bir ailəni cinayətkarın əlindən xilas edib.

"AzPolitika" xəbər veri ki,  ilkin məlumatlara əsasən, cinayətkarlar saat 21:00 radələrində evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra isə mənzilə daxil olublar.

Silahlı şəxs ev sahibi Rauf İsmayılovun başına silah dayayaraq 30 milyon dollar tələb edib.

Evdə baş verənləri kameradan izləyən ailə üzvlərindən biri polisə zəng edib və əraziyə dərhal təhlükəsizlik əməkdaşları cəlb olunub. Hadisəni törətməkdə şübhəli bilinən Eldəniz Şükürov zərərsizləşdirilib.

Qeyd edək ki, “Qafqazinfo” qonşulardan birinin hadisə yerindən telefonla çəkdiyi videonu əldə edib. Videodan görünür ki, çağırış üzrə əraziyə gələn polis əməkdaşları dəfələrlə şübhəli şəxsə xəbərdarlıq edir və yerə uzanmasını tələb edirlər. Lakin həmin şəxs atəş açaraq müqavimət göstərir. Bunu görən polis əməkdaşları əks-atəş açaraq cinayətkarı zərərsizləşdirir.

"AzPolitika.info"



Şərhlər

dadaşyev 2024-09-11 00:32:58

Bu adamda 30 milyon dollar ola biləcəyinə necə inamları olub əcəba?!Daha doğrusu,haradan biliblər ki,bütün məmurlar və biznesmenlər və məmur-biznesmenlər kimi bunun da boğazından hələ bu vaxtacan haram tikə keçməyib,quruca maaşla dolanıb?

Kohne 2024-09-10 15:57:50

Reklam.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol