Menu

Rusiya-Ukrayna savaşında ölən mülki vətəndaşların sayı açıqlanıb

11.09.2024, 11:03
Rusiya-Ukrayna savaşında ölən mülki vətəndaşların sayı açıqlanıb

Ukraynadakı müharibədə 11 min 700 mülki vətəndaşın ölüb.

"AzPolitika" xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Coys Msuya məlumat verib.

O, Ukraynada vəziyyətin getdikcə pisləşdiyini diqqətə çatdırıb. Msuya ölənlərin sayının getdikcə artdığını bildirib və müharibəyə görə, 24 min 600 mülki vətəndaşın yaralandığını deyib.

Ukraynada 10 milyon insanın məcburi köçkünə çevrildiyini deyən Msuya, 26 avqustdan bu yana Ukraynanın hər yerində genişmiqyaslı hücumların davam etdiyini, Ukrayna-Rusiya sərhədindəki qarşıdurmanın yeni bölgələrə sıçradığını və bundan dərin narahat olduqlarını bildirib. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol