Menu

“Potensialımızı gücləndirəcəyik” - Şimali Koreya liderindən nüvə mesajı

11.09.2024, 13:44
“Potensialımızı gücləndirəcəyik” - Şimali Koreya liderindən nüvə mesajı

Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə silahı potensialını artırmaq üçün siyasət yürütdüklərini bəyan edib.

Şimali Koreyanın yaranmasının 76-cı ildönümünü qeyd edən tədbirdə çıxış edən Kim, “nüvə potensialımızı davamlı şəkildə gücləndirəcəyik” mesajını verib.

O, çıxışında ABŞ-nin rəhbərlik etdiyi hərbi blokun nüvə əsaslı hərbi blok xarakteri daşıdığını və Şimali Koreyanı təhdid etdiyini vurğulayıb.

“Burada aydın nəticə odur ki, Şimali Koreyanın nüvə gücü təkmilləşdirilməlidir. Şimali Koreya nüvə silahına malik dövlətlərdən gələ biləcək hər hansı təhlükənin öhdəsindən gəlmək üçün nüvə gücünü davamlı şəkildə gücləndirəcək. Hazırda nüvə silahlarının sayını həndəsi şəkildə artıraraq nüvə silahlı qüvvələri yaratmaq siyasətini mükəmməl şəkildə həyata keçiririk. Deyə bilərəm ki, biz məsuliyyətli nüvə silahı dövlətiyik”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol