Menu

"Krım Ukraynaya qaytarılmalıdır" - Ərdoğan

11.09.2024, 15:09
"Krım Ukraynaya qaytarılmalıdır" - Ərdoğan

Türkiyə Krımın ilhaqını tanımır.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində deyib.

O, bildirib ki, Krım Ukraynaya qaytarılmalıdır: “Bu, beynəlxalq hüququn tələbidir”.

R.T.Ərdoğan həmçinin söyləyib ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: "Müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində başa çatmasını arzulayırıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol