Menu

Rusiyalı milyarderlərlə bağlı yeni qərarlar – Sanksiya siyahısına yenidən baxıldı

11.09.2024, 15:28
Rusiyalı milyarderlərlə bağlı yeni qərarlar – Sanksiya siyahısına yenidən baxıldı

Avropa Məhkəməsi rusiyalı milyarderlər Mixail Fridman, Petr Aven və German Xanın Avropa İqtisadi Şurasına qarşı iddiasını rədd edib. Oliqarxlar onlara qarşı tətbiq edilən sanksiyaların ləğvini tələb ediblər. Xatırladaq ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra onlar da məhdudiyyətlərə məruz qalıblar.

Aİ sanksiyaları müharibəyə birbaşa dəstək verməkdə və ya Rusiya iqtisadiyyatının əsas sektorlarına əhəmiyyətli dərəcədə təsir göstərməkdə ittiham olunan onlarla əsas rusiyalı iş adamına qarşı tətbiq edilib. Fridman, Aven və Xan Rusiyanın ən böyük maliyyə və sənaye holdinqlərindən biri olan “Alfa Group”-un ortaq sahibləri kimi sanksiyalara məruz qalıblar.

Fridman Lvovda, Xan Kiyevdə doğulub, Aven isə Latviya vətəndaşı olub. Onların hamısı müharibəyə dəstəyi inkar edir. “Forbes jurnalı oliqarxların ümumi sərvətinin 26 milyard dollar dəyərində qiymətləndirib.

Çərşənbə günü Aİ-nin ruslara qarşı şəxsi sanksiyaları ilə bağlı daha bir neçə qərar məlum olub. Məhkəmə Vladimir Putinin köhnə tanışı, milyarder Gennadi Timçenko və həyat yoldaşı Yelena və milyarder Musa Bajayevin üzərindın sanksiyalarının götürülməsi tələbini rədd edib. Milyarder Aleksey Mordaşovun həyat yoldaşı Marinanın da iddiası təmin olunmayıb.

Bununla belə məhkəmə milyarder Dmitri Mazepinin oğlu, “Formula-1”in keçmiş pilotu Nikita Mazepi, milyarder Oleq Deripaskanın əmisi oğlu Pavel Ezubovu və “Transneft”in rəhbəri Maya Tokarevanın qızını sanksiya siyahısından çıxarılıb.

Rusiyada birja ticarətini həyata keçirən ən böyük Milli Hesablaşma Depozitarına qarşı sanksiyalar isə qüvvədə qalır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol