Menu

NATO-nun yeni Baş katibi oktyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq

11.09.2024, 15:57
NATO-nun yeni Baş katibi oktyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq

NATO-nun yeni Baş katibi Mark Rütte oktyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq.

APA-nın xəbərinə görə, bu barədə NATO-nun saytında məlumat verilib.

Bildirilib ki, həmin tarixdə təşkil olunacaq xüsusi mərasimdə Mark Rütte Baş katib vəzifəsini Yens Stoltenberqdən təhvil alacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol