Liberiyanın paytaxtı Monroviya yaxınlığındakı həbsxanadan 47 məhbus qaçıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Monroviyadan 55 kilometr uzaqlıqdakı Kakata qəsəbəsində həbsxananın təhlükəsizlik sistemində problem yarandığı bildirilib.
Məlumata görə, qaçan məhbusların tutulması üçün bütün lazımi tədbirlər görülüb və qaçan məhbusların tapılmasında polisə köməklik etmək üçün əlavə personal ayrılıb.
“AzPolitika.info”


Şərhlər