Menu

Məzahir Pənahov "Karusel əməliyyatları"ndan danışdı - "İctimaiyyət başa düşməlidir ki..."

11.09.2024, 18:07
Məzahir Pənahov "Karusel əməliyyatları"ndan danışdı - "İctimaiyyət başa düşməlidir ki..."

Müsavat Partiyasından Ərzulla Bulud və REAL Partiyasından Natiq Cəfərlinin müraciətlərinə sabah baxacağıq.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, sabah 2 müraciətə baxılacaq: “Onlarda olan görüntülərə biz dünən baxmışıq. Müraciətdə karusel olduğu deyilib. Qadını çöldə tutub deyirlər ki, sən o biri məntəqədə səs vermisən. Məntəqənin çölündə kiminsə çəkilməsi bizim üçün əsas deyil. Əsas məntəqənin içərisində bir nəfərin 2 dəfə səs verməsini çəkməyinizdir. Çöldə kimsə deyə bilər ki, 20 dəfə səs vermişəm. Bizim bunun əsasında qərar çıxartmaq ixtiyarımız yoxdur. İctimaiyyət başa düşməlidir ki, biz məntəqənin çölündə olanı əsas götürə bilmərik”.

Şərhlər

Vətəndaş 2024-09-12 10:33:29

Hamı göstərilən video görüntülərdə qayda pozuntularını dəfələrlə görüb və hətta seçki məntəqələrində insidentlərin yüzlərlə şahidi var.Bu adam (yəni M.Pənahov ) bilə-bilə özünü görməməzliyə vurub.Sanki seçki ərəfəsində və seçki zamanı qış yuxusunda imiş....

Məzahir Pənahova 2024-09-12 10:24:10

Xalqın gözü tərəzidir.Amma saxtakarlığın əndazədən çıxdığını heç olmasa anlamanız vacibdir.heyf ki, anlamrsınız!

Türk 2024-09-12 09:33:35

O parlamentdə təmiz qanlı Azəri Türkündən başqa hamı var

Eldar 2024-09-11 19:58:26

Ayıbdır Məzahir müəllim, saçından başından utan, özündə yaxşı bilirsənki keçirilən bütün seçkilər saxta olub. Bu dəfə elə adamları təyin ediblər ki, heç birinin xalq arasında hörməti belə yo
xdur. Hörməti olanlarıda qoymursuz ora. Oyuncaq Milli Məclislə nə inkişaf olacaq. Yenə Aparatdan qanunlar göndəriləcək bunlarda manqurt kimi əllərini qaldırıb səs verəcəklər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol