“Cənubi Qafqaz regionunda sülh və sabitliyə nail olmaq üçün müvafiq sənədlərin müddəalarını hazırlayanların səylərinə hörmət etmək lazımdır”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını təhrif etdiyi son bəyanatlara münasibət bildirərkən deyib.
O, Paşinyanı Cənubi Qafqazda “həyatları bahasına sülh uğrunda mübarizə aparanlara” hörmət etməyə çağırıb: “Sənədlər sehrli çubuqla deyil, öz töhfəsini verən insanlar tərəfindən reallaşdırılır. Yazılanların reallığa çevrilməsi üçün insanlar təkcə vaxtını deyil, bəzən həyatlarını da qurban verirlər. Ona görə də mənə elə gəlir ki, sənədlərdən sitat gətirərkən belə yüngül, məsuliyyətsiz yanaşmaq olmaz”.
Zaxarova həmçinin vurğulayıb ki, regionda sülh və sabitliyə nail olmaq üçün müvafiq sənədlərin müddəalarını hazırlayanların səylərinə hörmət etmək lazımdır. “Ən vacibi budur ki, məsuliyyətli siyasətçilər mürəkkəb tarixi proses nəticəsində hazırlanmış sənədlərə qarşı məsuliyyətsiz davranmamalıdırlar”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.


Şərhlər
Paşinyan baş nazir ola bilər. Amma şəxsiyyət deyil ki, ciddi olsun. Bambılıdı. Ona görə də ona öz aspektindən yanaşıb əlini öpdürməlisən.,
Dəmiri isti-isti döyərlər.20-ci ilin noyabrından ta 22-ci ilin fevralına qədər Rusiyanın dünyada ağır çəkisi vardı indikiylə müqayisədə.O müddət ərzində Rusiya özü gecikdirdi Zəngəzur dəhlizinin açılması məsələsini,yəni ermənistana təpinmədi.Halbuki o müddət ərzində bircə barmaq silkələməyi bəs idi ermənistana.Çünki Ukrayna müharibəsi hələ başlamamışdı deyə Qərb Rusiyaya qarşı birləşməmişdi və nə ABŞ,nə Avropa ermənistanın içinə indiki kimi sərbəstcə burunlarını soxmağa cürət edə bilməzdi.Rusiya adı gələndə hələ də SSRİ-nin davamçısıdı deyə dünyada bir titrətmə varıydı.Bu gün artıq ABŞ ermənistana hərbçiləırini,silahlarını göndərə bilir,İran kimi donqili bir ölkə də Rusiyaya qarşı çıxa bilir.Yəni Rusiya Zəngəzur məsələsində özü öz işlərini korlayıb,indi onun ağrısını çəkir.Amma hələ də gec deyil.Əgər bundan sonra da ermənistana qulaqburması verməsə, Zəngəzur məsələsində Qvineya papuasları da Rusiya ilə söz güləşdirməyə cürət edəcəklər.